Çərşənbə, 01 May

İran və Ermənistan anlaşmanı pozdu – Səfir hər ikisini ifşa etdi

image

“Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın sözügedən birliklə imzaladığı müqavilədə nəzərdə tutulmayan məhsullarının ittifaqın bazarlarına təkrar ixracına imkan yaradır”.

Xəbər verilir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert Ermənistan və İran arasındakı iqtisadi əlaqələrdəki son gəlişmələrə diqqət çəkib:

“İranın Ermənistandakı səfiri Abbas Zoxuri avqustun 27-də yerli mediaya açıqlamasında bildirib ki, 2022-ci ilin ilk 6 ayı ərzində İrandan Ermənistana ixracın həcmi 37 faiz artıb və 560 milyon ABŞ dollarına çatıb. Onun sözlərinə görə, Ermənistan iranlı iş adamlarına Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin bazarlarına 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı yaradır.

Səfirin sözlərinə görə, bu o deməkdir ki, İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. Səfir bildirib ki, İran Ermənsitan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır.

Bu isə o anlama gəlir ki, İrandan Ermənistana ixracın artması ilə bağlı göstəricilər Ermənistanın idxal potensialının hesabına baş verməyib. Yəni 37 faiz artım Avrasiya İqtisadi İttifaqı ölkələrinə Ermənistan vasitəsilə edilən ixracın göstəricisidir.

Ermənistan ərazisi İran üçün güzəştli tariflərdən yararlanmaq üçün “tramplin” rolunu oynayır. Ermənistan isə ona Avrasiya İqtisadi İttifaqının üzvü kimi təqdim edilmiş güzəştlərdən İranın yararlanmasına imkan verməklə, əslində həm Gömrük İttifaqı və Vahid İqtisadi məkan haqqqında müqavilənin, həm də Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin bir sıra müddəalarının tələblərini pozur.

Belə ki, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında imzalanmış müvəqqəti müqaviləyə əsasən, bu ölkədən ittifaq ərazisinə 500 adda məhsulun güzəştli şərtlərlə idxalı nəzərdə tutulur. Amma İranın İrəvandakı səfiri 6-7 min adda məhsulun Ermənistan ərazisi ilə idxalından danışır.

Belə anlaşılır ki, Ermənistan hamam suyu ilə özünə dost tutur. Yəni Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın sözügedən birliklə imzaladığı müqavilədə nəzərdə tutulmayan məhsullarının ittifaqın bazarlarına təkrar ixracına imkan yaradır. Nəticədə həm İranı razı salır, həm də ticarət dövriyyəsində mənfi saldonun qismən də olsa azaldılmasına nail olur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42