Şənbə, 18 May

Laçın dəhlizinə alternativ yeni yolun istifadə tarixi açıqlandı

image

açın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

Məlumatda qeyd olunur ki, marşrutu müvəqqəti olaraq Gorus-Xankəndi avtomobil yolu ilə birləşdirən 4,7 km uzunluğunda yolda asfalt işləri artıq yekunlaşıb. 

Qeyd edək ki, Qarabağ erməniləri indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.

Hər üç ərazidə qanunsuz şəkildə məskunlaşdırılmış ermənilə avqustun 25-də buranı tərk etdilər.

Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41