Pekin ABŞ siyasətçiləri ilə bağlı Tayvana xəbərdarlıq etdi
Pekin ABŞ siyasətçiləri ilə bağlı Tayvana xəbərdarlıq etdi
Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Ma Syoquan bildirib ki, Pekin amerikalı siyasətçilərin adaya səfərlərinin artması ilə əlaqədar Tayvanın hakim Demokratik Tərəqqi Partiyasına xəbərdarlıq edib.
ABŞ senatoru M. Blekbernin adaya səfərindən sonra Çin Taypeyə etiraz edib. Bəyanatda bildirilir ki, Blekbernin təxribatlar və Tayvanın qondarma müstəqilliyi naminə xarici siyasi qüvvələrin dəstəyini almaq cəhdləri uğursuzluğa məhkumdur.
O vurğulayıb ki, Pekin ABŞ hökumət nümayəndələrinin Taypeyə bu cür qeyri-rəsmi səfərlərini qəbul etmir, onlar ikitərəfli razılaşmaları ciddi şəkildə pozur və bu addımlar “Vahid Çin” prinsipinə ziddir.
Azadsoz.com