Cümə, 03 May

Sülhməramlıların Laçın dəhlizindəki postları sökülür

image

Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizindəki postlarının sökülməsinə başlanılıb.

Xəbər verilir ki, hazırda dəhliz boyunca quraşdırılmış postlar və nəzarət köşkləri sökülür.

Ərazi qısa zamanda tamamilə boşaldılaraq Azəbaycana təhvil veriləcək. Bundan sonra Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ çəkilən yeni yolda xidmət aparmalı olacaqlar. 

Qeyd edək ki, Azərbaycan Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ olaraq yol çəkib. Bu yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. 

Yeni yolun istifadəyə verilməsi ilə Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Ermənilərə ərazilərdən çıxmaları üçün sabaha - avqustun 25-dək vaxt verilib. 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15