Çərşənbə axşamı, 30 Aprel

“Bəzi qadınlar üçün pul hər şeydir” - Psixoloqdan qalmaqallı sözlər

image

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıyla bağlı yayılan intim videolar cəmiyyəti silkələdi. Bu olayın səbəbləri müxtəlif kontekstlərdən şərh olunur. Belə fikirlər də var ki, xəyanət məsələsində əsas təqsirkarlardan biri də qadınlardır. Onlar həyat yoldaşlarının zəngin olmasına görə ondan boşanmır, üstəlik, bütün əxlaqsız hərəkətlərinə göz yumurlar. 

Bu iddialar nə dərəcədə dorğudur?

Mövzuyla bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrənib:

Psixoloq bunu qadınların özgüvənsizliyi ilə əlaqələndirib:

“Cəmiyyətdə öz ayağı üzərində dura bilən və bilməyən qadınlar var. Başqa sözlə, buna özgüvənli və özgüvəni olmayan qadınlar da deyə bilərik. Əslində, qadınlar daha çox komfortlu həyata meyllidirlər.  Yəni, qadın hər zaman  rahatlığına düşkün olur. Amma bu cür həyatı da bəzi qadınlar özləri təmin edə bilmirlər. Hər hansı bir kişinin və ya həyat yoldaşının bunu onlar üçün təmin etməsini arzulayırlar. Bunu təmin edən kişi bəzən xəyanət etsə də, qadın ona dözür. Bəzi qadınlar bu səbəbdən boşanmırlar. Bəziləri də özgüvənləri aşağı olduğuna, cəmiyyətdə öz yerlərini tapmadıqlarına, özünü təmin edə bilmədiyinə görə, həyat yoldaşının bu cür əxlaqsız hərəkətlərinə dözür. Belə insanların iradələri zəif olduğu üçün qürurlarını tapdalayırlar. İnsanın bu həyatda  qüruru, adı, hörməti üçün yaşamalı olduğunu hesab edirəm. Boşanma səbəblərini bəzən övladla bağlıyırlar. Amma mənə görə bu, belə deyil. Bunun qadın xarakterinin zəifliyinə görə olduğunu hesab edirəm. Xarakteri zəif olduğu üçün susur, səbr edir və ailə həyatına davam edir. Bəzən də insan rahat həyata alışandan sonra onu nə bahasına olursa olsun itirməməyə çalışır.

Digər səbəblərdən biri isə odur ki, çox erkən ailə quran qadınlar həyat yoldaşı ona  hörmətsizlik etsə, fiziki şiddət göstərəsə belə, həmin qadın kişidən imtina etmir. Qadınların təhsil almalı olduğunu düşünürəm. Həyat yoldaşı olmasa da, övladının qayğısına qala bilsin. Heç kəs heç nədən sığortalanmayıb.

Qadın evliliyə fiziki, maddi və mənəvi cəhətdən hazır olmalıdır. Bu gün evlənənlər bu  nüansları özlərində birləşdirə bilmirlər. Problem də burdan yaranır. Bəzi qadınlar üçün pul çox şey yox, hər şeydir.  Yəni, həyat yoldaşı pulu versin, onunla necə rəftar edirsə-etsin”. 

“Bəzən boşanma  üçün qadının özünə görə haqlı səbəbləri olur. Boşanarsa, onu ailəsindən heç kimin qəbul etməyəcəyini düşünür. Ona görə də evliliyi sürdürməyə davam edir. Bəs, bu halda durum necə olmalıdır?” sualını psixoloq belə cavablandırıb:

“Bu məsələyə necə yanaşsaq da, nəticə və əsas kök olaraq yenə də özgüvən problemiylə rastlaşırıq. Biz övladımızı bizsiz belə, öz ailəsini uşağını saxlayacaq gücdə tərbiyə etməliyik. Razıyam ki, cəmiyyətdə mental dəyərləri var. Qadının heç bir halda boşanmamalı olduğunu hesab edirlər. Amma burda bir məsələ var. Boşanan qadın niyə kiməsə sığınmalıdır?! Əgər, diplomu varsa, işə düzələcək öz ailəsini təmin edəcək və qanunda nəzərdə tutulmuş alimenti aldıqdan sonra öz qazancıyla  özünü dolandırmağa gücü yetəcək. Qadın nəinki, fiziki şiddət, həyat yoldaşından psixoloji şiddət belə, görürsə, onun boşanmalı olduğunu düşünürəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42