Tolik bu dəfə sosial verilişə aparıcılıq edəcək
Tolik bu dəfə sosial verilişə aparıcılıq edəcək
Tolik kimi tanınan prodüser Tarix Əliyev bu dəfə sosial verilişə aparıcılıq edəcək.
Xəbər verilir ki, bu barədə Tarix Əliyevin özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə yeni verilişi “Ümidlə gəl” adlanacaq:
“Son illər əsl peşəm olan prodüserlik ilə yox, televiziya aparıcılığı ilə məşğul oluram. Sizin sayənizdə bir çox layihələrdə uğur, reytinq qazanmışam. Bu dəfə isə başqa bir formatda yeni mövsümdən qarşınıza çıxmaq istəyirəm. Düşünürəm ki, “Ümidlə gəl” adlı sosial yönümlü yeni verilişim sizin də marağınıza səbəb olacaq. Biz də çalışıb vətəndaşlarımızın bəzi problemlərində onlara dəstək olacağıq”.
Tarix Əliyev sonda layihənin hazırlanmasında ona köməklik edən aparıcı Zaur Baxşəliyevə öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Tarix Əliyev (Tolik) bundan əvvəl MTV-də "Tarixin bir günü" proqramına aparıcılıq edirdi.
Azadsoz.com