Şənbə, 18 May

Monteneqroda naməlum şəxs 11 nəfəri öldürüb - YENİLƏNİB + VİDEO

image

Monteneqronun Çetinye şəhərində baş verən atışma nəticəsində 11 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bu barədə yerli televiziya hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirildiyinə görə, faciəyə səbəb ailə münaqişəsi olub. Bundan sonra qatil təsadüfi yoldan keçənlərə və polisə atəş açıb. O, atışma zamanı öldürülüb.

Mənbə: İzvestiya

21:18

Monteneqronun Çetinye şəhərində naməlum şəxsin atəş açıb. Nəticədə bir neçə nəfər ölüb. Ölənlər arasında uşaqlar da var.

Bildirildiyinə görə, qatil şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib. Həmçinin zərərçəkənlərin yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb.

Məlumata görə, atəş açan şəxs özü də ölüb. Onun polis tərəfindən öldürüldüyü, ya intihar etdiyi barədə açıqlama verilmir.

Hazırda ölən və yaralananların sayı dəqiq məlum deyil.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41