Cümə axşamı, 02 May

Krımda Rusiyaya böyük şok: İnanılmaz itkilər - “Forbes”dən yeni iddia

image

Müxtəlif mənbələr Krımdakı Saki aerodromunda 8-dən 24-ə qədər Rusiya hərbi təyyarəsinin - əsasən qırıcı və kəşfiyyatçıların məhv edildiyini bildirirlər.

Xəbər verilir ki, “Forbes” Rusiyanın Krımdakı son itkilərini hesablayıb.

Partlayışlardan bir neçə saat əvvəl ABŞ-ın “Planet Labs” şirkəti aerodromun peyk şəkillərini yayımlayıb. Həmin fotolara görə, partlayışlardan əvvəl aerodrom yaxınlığında 20-dən çox təyyarə dayanıb. Bunlar əsasən Su-30SM qırıcıları və Su-24MR kəşfiyyat təyyarələri, 1 ədəd İl-76 ağır hərbi nəqliyyat təyyarəsi və bir neçə helikopterdən ibarət olub.

“Forbes” müxtəlif mənbələrə əsaslanaraq, partlayışlardan əvvəl aerodromda 650-850 milyon dollar dəyərində təyyarənin olduğunu təxmin edir.

Nəşr Su-30SM-in 50, Su-24MR-in 6, İl-76-nın isə 86 milyon dollar dəyərində hesablayıb.

“UA Weapons Tracker” şirkəti isə Novofedorivka aerodromunda ən azı 11 təyyarənin məhv edildiyini təxmin edir – 5 ədəd Su-30SM qırıcısı və 6 ədəd Su-24MR zərbə və kəşfiyyat təyyarəsi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15