Cümə, 26 Aprel

“Neftçi” Vyanaya yola düşüb

image

“Neftçi” klubu “Rapid”a (Vyana) qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

Xəbər verilir ki, paytaxt təmsilçisini Vyanaya aparan təyyarə bu gün səhər saat 9-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Nəzərinizə çatdıraq ki, "ağ-qaralar"ın yeni transferi olan Vato Arveladze klubla birgə səfər matçına yollansa da, adı iştirak ərizəsinə salınmadığı üçün qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, "Neftçi" "Rapid" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Paytaxtımızda baş tutan ilk qarşılaşmada isə Neftçi Vyana təmsilçisini 2-1 hesabı ilə məğlub edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33