Çərşənbə, 01 May

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

image

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

Məlumata görə, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.

Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Xatırladaq ki, dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə  “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.

Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15