Cümə, 03 May

Rusiyadan SSRİ mesajı – “Respublikaları bu yükdən azad etdik”

image

Keçmiş SSRİ-nin xarici əmlakının ən azı üçdə birinin qaytarılması məsələsini gündəmə gətirən Kiyev Sovet İttifaqının borclarının üçdə birini öz üzərinə götürməli idi.

Xəbər verilir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Ukrayna hazırda Rusiyaya məxsus olan keçmiş SSRİ-nin xarici əmlakının ən azı üçdə birinin qaytarılması məsələsini qaldırıb. Kiyev nəyəsə iddia etməzdən əvvəl Sovet İttifaqının borclarının üçdə birini öz üzərinə götürməli idi”, - spiker bildirib.

O qeyd edib ki, Kiyevin bu tələbi “Ukrayna xalqına işgəncə verməyi dayandırmalı və getməli olan Kiyev rejiminin iflası” kimi qiymətləndirilə bilər.

“1994-cü ilə qədər böyük məbləğ - 110 milyard dollar borc vardı. Ölkəmiz bu bprcu ödədi və keçmiş SSRİ-nin bütün respublikalarınu borc yükündən azad etdi”, - Volodin söyləyib.

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko ölkəsinin Moskvadan SSRİ-nin xarici əmlakının ən azı üçdə birini qaytarmağı tələb etdiyini açıqlayıb. Pristaykonun sözlərinə görə, Rusiya SSRİ-nin bütün borclarını öz üzərinə götürmüşdü ki, ittifaqın bütün xarici əmlakı Rusiyaya qalsın. O qeyd edib ki, Ukrayna bununla razılaşsa da, sənədləri ratifikasiya etməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15