Çərşənbə, 15 May

Gürcüstanda iki soydaşımız bədbəxt hadisənin qurbanı olub

image

Gürcüstanın soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.

Xəbər verilir ki, hadisə Sulxan Saba küçəsində yaşayan Zaur Rüstəmova məxsus evin həyətində baş verib. Belə ki, ev sahibinin kanalizasiya quyusunun təmizlənməsi üçün çağırdığı fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib. Z.Rüstəmov ona kömək etmək üçün quyuya enib. Lakin bu zaman Z.Rüstəmovun da halı pisləşib, huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyib.

Xilasedicilər və təcili tibbi yardım briqadası gələnə kimi vəziyyətləri daha da ağırlaşan hər iki soydaşımız ölü halda aşkarlanıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00