Cümə axşamı, 16 May

Mixeil Saakaşvili siyasətdən gedir

image

Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.

Xəbər verilir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib.

Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib: “Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”.

Məsələyə münasibət bildirən VMHP-nin üzvü Baço Dolidze isə M.Saakaşvilinin partiyadan uzaqlaşması məsələsinin gündəmdə olmadığını bildirib. O, vəkilin açıqlamasına təəccübləndiyini qeyd edib.

Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, xəstəxanaya mayın 12-də köçürülüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00