Cümə axşamı, 02 May

Rusiyanın XİN başçısı Emmanuel Makrona cavab verdi

image

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronun rəsmi Moskvanın Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməsi barədə açıqlamasına cavab verib.

Xəbər verilir ki, S.Lavrov bu barədə Şanxay Əməkdaşlığı Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən iclasının yekununa həsr edilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, fransızlardan daha etik ifadələr gözləyirmiş: “Ümumiyyətlə, səfər etdiyimiz Afrika ölkələrinin siyahısına diqqət etsəniz, görərsiniz ki, heç nəyə baxmayaraq bu dövlətlər Rusiya ilə münasibətləri davamlı olaraq inkişaf etdirirlər. O, (Emmanuel Makronu nəzərdə tutur-red.) əlaqələrə reaksiya veribsə, bu, Afrika dövlətləri üçün çox təhqiredicidir”.

Qeyd edək ki, son günlərdə S.Lavrov bir sıra Afrika ölkəsinə səfər edib. E.Makron bununla bağlı deyib: “Mən bunu əməkdaşlıq adlandırmazdım. Bu, daha çox zəifləmiş siyasi hakimiyyətə yardım və ya tamamilə qanunsuz hərbi xuntalarla ortaqlıqdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15