Şənbə, 18 May

Britaniya parlamentinin TikTok hesabının bağlanması TƏLƏB EDİLDİ

image

Britaniya parlamentinin Çinin “ByteDance” texnologiya şirkətinə məxsus TikTok-da hesab açması müzakirələrə səbəb olub.

Xəbər verilir ki, bu barədə “Politico”nəşri məlumat yayıb.

Məsələ ilə bağlı bir neçə deputat İcmalar və Lordlar Palatasına məktub yazıb.

Millət vəkilləri TikTok-un istifadəçi məlumatlarını Çinlə paylaşdığını iddia edərək, parlamentin sözügedən platformada hesab açmaq qərarından məyus olduqlarını bildiriblər.

Məktubda məlumatların Çinə ötürülə bilməyəcəyinə dair zəmanət verilməyənə qədər parlamentin TikTok hesabının silinməsinə çağırıblar.

Digər tərəfdən TikTok-un Avropa Regionu Siyasəti üzrə vitse-prezidenti Teo Bertram bildirib ki, şirkətin mühəndisləri yalnız bəzi məhdud və idarə olunan məlumatlara çıxış əldə bilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41