Bazar, 19 May

Avropada QALMAQAL: Müşavir baş naziri “nasist” adlandırıb istefa verdi

image

Macarıstan baş nazir Viktor Orbanın müşaviri Zsuzsa Hegedus baş nazirin ötən həftə “Biz qarışıq irqlər istəmirik” çıxışının “tam nasist mətni” olduğunu bəyan edərək istefa verib.

Xəbər verilir ki, 20 ildir Orbanla birlikdə olan Hegedus baş nazirə ünvanladığı istefa məktubunda onun istifadə etdiyi ifadələrin Cozef Göbbelsin "ağzına layiq" dəqiq nasist mətni olduğunu bildirib.

Orban ötən həftə çıxışında deyib ki, Avropa xalqları bir-biri ilə qarışmaqda sərbəstdirlər, lakin avropalı olmayanlarla qarışmamalıdırlar.

Orbanın sözçüsü mətbuatın çıxışı təhrif etdiyini bəyan edib.

Müşavirinin məktubuna cavab verən Orban hökumətinin antisemitizm və irqçiliyə tolerantlığının sıfır olduğunu deyib.

Orbanın açıqlamaları Macarıstanda bəziləri tərəfindən sərt şəkildə tənqid olunsa da, onu şövqlə müdafiə edənlər də var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41