Cümə axşamı, 16 May

Ukrayna da Rusiyanın demilitarizasiyasını elan edib - “Mütləq məqsədlərimizə çatacağıq”

image

Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak Ukraynanın «xüsusi hərbi əks-əməliyyatını» elan edib.

Bu barədə o, «Tvitter»də qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın əks-əməliyyatı 5 mühüm bənddən ibarətdir.

«Xüsusi hərbi əks-əməliyyat mütləq öz məqsədlərinə çatacaq: 

1. Rusiyanın Ukraynadan qovulması. 

2. Kriminal anklavların və boz zonaların ləğv edilməsi. 

3. Rusiya Federasiyasının demilitarizə edilməsi. 

4. «Şər imperiyasının» reputasiyasının məhv edilməsi. 

5. Rusiyanın «özləri üçün təcrid olunmuş düşərgə»yə çevrilməsi» - Podolyak qeyd edib.

Bundan əvvəl Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya «antixalq və antitarixi rejim»dən xilas olmaqda Ukrayna xalqına kömək edəcək. O, həm də qeyd edib ki, Rusiya guya Ukrayna ilə danışıqlara hazırdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00