Bazar ertəsi, 20 May

Putin Qərbi öz qaydaları ilə oynamağa necə məcbur edib? -İLGİNC DETALLAR

image

“Putin Qərbi öz qaydaları ilə oynamağa məcbur edib”.

Xəbər verilir ki, bu barədə “Washington Examiner” nəşrində dərc edilən məqalədə bildirilir.

“Rusiya prezidenti Vladimir Putin Qara dəniz limanlarından taxıl ixracına və Avropaya qaz nəqlinə nəzarət etməklə Qərbi sözün əsl mənasında Moskvanın qaydaları ilə oynamağa məcbur edir” – deyə müəllif vurğulayır.

Müəllif Tom Roqanın sözlərinə görə, Rusiya dövlətinin başçısı “təzyiq nöqtələri” kimi Ukraynadan taxıl ixracına və Avropaya “mavi yanacağın” tədarükünə nəzarəti seçib:

“Rusiya kağız üzərində güzəştə getsə belə, taxıl ehtiyatlarını daim risk altında saxlayacaq”.

Roqan enerji bazarında da eyni vəziyyətin yaşandığını qeyd edib. Məqalədə deyilir ki, Avropa dövlətləri tükənən ehtiyatlar və artan qaz qiymətləri ilə mübarizə apardıqca böhran böyüyür.

Nəşrin analitikləri izah ediblər ki, enerji qiymətlərinin dəyişməsi istənilən Qərb liderinin siyasi karyerasına zərbə vurmaq qabiliyyətinə malikdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41