Bazar ertəsi, 20 May

ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi

image

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.

Xəbər verilir ki, Qebreyesus müvafiq qərarın qəbul edildiyini şənbə günü keçirdiyi brifinqdə açıqlayıb.

ÜST rəhbərinin sözlərinə görə, epidemiya hazırda riskin yüksək olduğu Avropa istisna olmaqla, bütün dünyada orta risk yaradır.

Məlumata görə, indiyədək dünyada 16 mindən çox meymunçiçəyinə yoluxma halı müəyyən edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41