Cümə axşamı, 02 May

Ukrayna DÜNYA XƏRİTƏSİNDƏN SİLİNƏCƏK – Medvedyevdən NÖVBƏTİ HƏDƏ

image

Rusiya NATO-nun “məntiqə və sağlam düşüncəyə zidd olaraq” Rusiya sərhədlərinə yaxınlaşmaqda davam edərək, “dünya münaqişəsi və bəşəriyyətin əhəmiyyətli hissəsinin ölümü ilə bağlı real təhlükə yaratmasına” görə məsuliyyət daşımır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün Teleqram kanalında yazıb.

Medvedyev “Onların günahları” adlı yazı dərc edərək, “Rusiyanın nədə günahkar olmadığını” qeyd edib.

“Avropalı axmaqların amerikalılar tərəfindən həyasızcasına yetişdirilməsi, onları Aİ ölkələrinin əhalisinə qarşı sanksiyaların ən ağrılı nəticələrini öz üzərlərinə götürməyə məcbur etməsi faktı…”, – Rusiya TŞ-nin sədr müavini yazıb.

Medvedyev Qərb ölkələrini ittiham edib ki, adi avropalılar bu qışı “sərt soyuqda” keçirəcəklər.

O, Qərbin daha bir “günahının” Avropa və Amerika şirkətlərinin Rusiya iqtisadiyyatına milyardlarla dollarlıq sərmayələrini itirməsi olduğunu bildirib.

Medvedyev həmçinin bütün baş verənlər nəticəsində Ukraynanın dövlət suverenliyini itirəcəyini və dünya xəritəsindən silinəcəyini deyib.

Qeyd edək ki, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri barədə müqavilənin və Rusiya Federasiyasının və NATO-ya üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında sazişin layihələrini dərc edib. Sənəd öz ərazisindən kənarda nüvə silahının yerləşdirilməsi üçün bütün mövcud infrastrukturun ləğvini, hərbi planlaşdırmada təmkinli olmağı və bir-birinin təhlükəsizliyinə təsir edən hərəkətlərə yol verməməyi tələb edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15