Bazar, 19 May

Qadından DƏHŞƏTLİ ƏMƏL: evlə birlikdə ərini də yandırdı

image

Rusiyada Tomsk Vilayət Məhkəməsi 27 yaşlı Novopokrovka kənd sakinini ərini vəhşicəsinə öldürməkdə və evini yandırmaqda təqsirli bilərək 12,5 il müddətinə azadlıqdan məhrum edib.

Bu haqda vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

İstintaqın məlumatına görə, 2021-ci ilin may ayında sərxoş rus qadın əri evi satıb başqa yerə köçmək istəmədiyi üçün onunla mübahisə edib. Kişinin yuxuya getməsini gözləyib, sonra dəsmalı yandırıb, uşaq otağında yerə atıb və çölə çıxıb. Alov bütün otağa yayılanda qadın yaxınlıqda yaşayan valideynlərinin yanına gedib.

Sonradan qonşusu yanğını görüb və yanğınsöndürənləri çağırıb, lakin onlar qurbanı xilas edə bilməyiblər. Ev və ona bitişik tikililər tamamilə yanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41