Çərşənbə axşamı, 14 May

Şoyqu Rüstəm Muradova göstəriş verdi: MƏHV EDİN!

image

Prioritet Ukrayna qoşunlarının mülki şəxslərə, buğda tarlalarına, taxıl anbarlarına zərbələr endirmək üçün istifadə etdiyi uzaqmənzilli silahların məhv edilməsidir.

Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Vostok” qruplaşmasının yoxlanışı zamanı qruplaşmanın komandanı general-leytenant Rüstəm Muradova göstəriş verib.

Şoyqu “Vostok” qruplaşmasının zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandana düşmənin uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsi barədə göstəriş verib.

Rüstəm Muradov düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə nazirə məruzə edib.

Qeyd edək ki, ötən həftə Rusiya MN başçısı ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiya Silahlı Qüvvələrinin “Cənub” və “Mərkəz” qruplaşmalarında yoxlama aparıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00