Bazar, 12 May

Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib

image

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu, və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb.

Xəbər verilir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib.

“Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, - sənəddə deyilir.

Ukrayna dövlətinin başçısı digər fərmanla “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunun 11-ci maddəsinin ikinci hissəsi əsasında İrina Venediktovanı baş prokuror vəzifəsindən kənarlaşdırıb. Bu vəzifənin icrası Aleksey Simonenkoya həvalə edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44