Bazar, 05 May

Krıma hücum olarsa, Ukraynanı qiyamət günü gözləyir – ŞOK HƏDƏ

image

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Krıma qoşun yeritməyə cəhd edəcəyi təqdirdə Kiyevə “Qiyamət günü” vəd edib.

Xəbər verilir ki, o, bunu Volqoqrad vilayətinə səfəri zamanı İkinci Dünya müharibəsi veteranları ilə görüşündə deyib.

“Belə bir şey baş verərsə, oradakıların hamısı üçün qiyamət bir anda gələcək – çox sürətli və ağır. Buna baxmayaraq, onlar bu cür bəyanatlarla ümumi vəziyyəti təhrik etməkdə davam edirlər”, – Medvedyev bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna və NATO ölkələrinin Krımın Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün “sistemli təhlükə”dir.

Rusiya TŞ-nin sədr müavini əlavə edib ki, NATO ölkələrinin silahları hələ də Rusiya Federasiyasına yönəlib. Onun sözlərinə görə, Rusiya NATO və onun üzvləri üçün prioritet hədəf olaraq qalır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15