Bazar, 19 May

Facebook yeni funksiyanı sınaqdan keçirir

image

“Facebook” sosial media platforması istifadəçilərin bir hesaba qoşulmuş 5-ə qədər profil yarada bilməsi funksiyasını sınaqdan keçirir.

Facebook yarandığı gündən bəri davam etdirdiyi “əsl ad” siyasətində ciddi dəyişiklik etmək qərarına gəlib. 

Yoxlanılan yeni funksiyaya əsasən, Facebook üzvləri müxtəlif istifadəçi qrupları ilə qarşılıqlı əlaqə qura bilmələri üçün əsas hesaba bağlı 5-ə qədər profilə sahib ola biləcəklər.

Yenisabah.az xəbər verir ki, CNN-ə danışan Facebook sözçüsü Leonard Lamın sözlərinə görə, funksiya istifadəçilərə təcrübələrini maraqlarına və münasibətlərinə uyğunlaşdırmağa kömək edəcək.

Dəyişiklik üzvlərə profillərini yarı anonim etməyə imkan verəcək. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41