Cümə axşamı, 16 May

Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü

image

Xocavənddə Türkiyə vətəndaşı minaya düşərək xəsarət alıb.

Rayon prokurorluğundan  bildirilib ki, iyulun 14-ü saat 14 radələrində işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Yalpiri Yıldıray minaya düşüb.

Araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan şirkətdə ekskavator sürücüsü kimi çalışan Y.Yıldıray minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Cəbrayıl rayonunda da "Azərsun Holdinq"ə məxsus yük maşınının sürücüsü Şamil Məmmədov da minaya düşərək xəsarət almışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00