Bazar, 19 May

İsveç keçmiş iranlı məmura ömürlük həbs cəzası verdi

image

Keçmiş iranlı məmur Həmid Nuri İsveç məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər verilir ki, Nuri bu cəzaya 1980-ci illərdə törətdiyi cinayətlərə görə layiq görülüb.

Stokholm Məhkəməsinin məlumatına görə, o, 1988-ci ilin iyul-avqust aylarında İranın Kərəc şəhəri yaxınlığındakı Qohərdəşt həbsxanasında prokuror müavininin köməkçisi işləyərkən ağır cinayətlərdə iştirak edib.

İsveçdə ömürlük həbs cəzasının müddəti adətən 20 ildən 25 ilədək olsa da, bu müddət uzadıla da bilər. Əgər Nuri həbsdən azad edilərsə o, İsveçdən çıxarılacaq.

Qeyd edək ki, H.Nuri 2019-cu ilin noyabrında İsveçdə saxlanılıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41