Bazar ertəsi, 13 May

Rusiyada ilk meymunçiçəyi xəstəliyi qeydə alınıb

image

Rusiyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktı qeydə alınıb. Xəbər verilir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, təhlükəli xəstəlik Avropadan qayıdan bir gəncdə təsdiqlənib.

"Rospotrebnadzor"un məlumatında o da vurğulanır ki, gənc xəstəliyi yüngül keçirir, xəstənin həyatı təhlükədə deyil. O, təcrid olunub və tibb müəssisəsindədir.

Qeyd edək ki, meymunçiçəyi nadir bir virusdur. Su çiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, başağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.
Bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklinə yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. 2017-ci ildə Nigeriyada meymunçiçəyinə yoluxan 172 xəstənin 75 faizini 21-40 yaş arası kişilər təşkil edib. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. Mütəxəssislərin dediyinə görə, meymunçiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaq mümkündür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00