Cümə, 17 May

Bu gün dünyanın diqqəti Rafael Fiziyevə yönələcək

image

Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev bu gün braziliyalı adaşı Rafael dos Anjosla qarşılaşacaq. 

Xəbər verilir ki, onlar Las-Veqasdakı "UFC Apex" arenasında keçiriləcək UFC Fight Night turnirində döyüşəcəklər. Rafael Fiziyev dvizionda reytinqcə 10-cu, rəqibi isə 7-ci pillədə qərarlaşıb. Fiziyevin qələbəsi onun titul uğrunda döyüşünü bir qədər də yaxınlaşdıracaq. Həmyerlimiz indiyədək MMA qaydası ilə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb. O, UFC-də son 5 döyüşünü udub.

Rafael Fiziyev döyüş üslubuna görə, UFC-də "Matritsa" ləqəbini qazanıb. Qeyd edək ki, Rafael - Fiziyev döyüşündən başqa həmin gecə rus döyüşçü Səid Nurməhəmmədov da oktaqona çıxacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41