Çərşənbə axşamı, 30 Aprel

“Laçını Füzulidən və Ağdamdan da pis vəziyyətə sala bilərlər” 

image

“Hazırda ermənilər Laçın şəhərini və kəndlərini yandırmaqla məşğuldur. Mənim fikrimcə, Azərbaycan Ordusu Laçına daxil olmalı və erməni vandalizminin qarşısını almalıdır”.

Xəbər verilir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, hazırda atəşkəsin pozulması və Azərbaycan Ordusunun mövqelərinin ermənilər tərəfindən atəşə tutulmasının məsuliyyəti Rusiyanın üzərindədir. S. Cəlaloğlu iddia edir ki, Avropa və ABŞ Ukrayna müharibəsinin uzadılmasında maraqlı olduğu kimi, Rusiya da Qarabağ müharibəsinin uzadılmasında maraqlıdır. Çünki münaqişələrin olması regionda müəyyən siyasətin həyata keçirilməsini asanlaşdırır.

Partiya sədrinin fikrincə, nə qədər ki, Rusiya Ukrayna cəbhəsində aydın mövqe əldə etməyib, Azərbaycan-Ermənistan münasibətlərini birdəfəlik qaydaya qoymaqda maraqlı olmayacaq: “Bu mənada Azərbaycan-Ermənistan münasibətləri və problemin həlli həm də Rusiya-Ukrayna savaşının nəticələrindən asılıdır”.

S. Cəlaloğlu bildirib ki, Laçın şəhəri və ətraf kəndlər Azərbaycanın nəzarətinə keçəcək: “Çünki Laçın dəhlizinə alternativ yol hazırlanır. Bu səbəbdən də ermənilərin növbəti vandalizminin şahidi olmaqdayıq. Biz buna niyə dözməliyik? Nəyə görə, gözümüzün qarşısında şəhərimiz, kəndlərimiz yandırılmalı, Ağdam və ya Füzulinin gününə salınmalıdır? Məncə, bundan istifadə edərək Azərbaycan qoşunları Laçına girməlidir.

Ermənilər çalışacaq ki, ekologiyaya, kəndlərimizə, mövcud olan infrastruktura ziyan vursunlar. Ermənilər hətta özlərinin yaşadıqları evləri də talayır və dağıdırlar. Belə görüntüləri dəfələrlə görmüşük. Ona görə də, ermənilərin nazı ilə oynamaq olmaz. Söhbət vandallardan gedir. Təklif edirəm ki, ordumuz Laçına girsin və ermənilər onun nəzarəti altında köçürülsün. Əks halda onlar Laçını Füzulidən və Ağdamdan da pis vəziyyətə sala bilərlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42