Bazar ertəsi, 06 May

Rusiya Xarkovda məktəbə raket zərbəsi endirib- FOTO

image

Rusiya ordusu Xarkovda məktəbə raket zərbəsi endirib.

Xəbər verilir ki,  bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

“Bu gün saat 4-də rus işğalçıları Xarkov şəhərinin Şevçenkovski rayonuna məkrli raket zərbəsi endirib. Onlar orta məktəbi hədəf seçiblər. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər. Xoşbəxtlikdən zərərçəkən olmayıb”,- Sinegubov deyib.

Oleq Sinegubov həmçinin qeyd edib ki, düşmən 24 saat ərzində bölgə ərazisində Xarkov, İzyum və Boqoduxovski rayonlarının şəhər və kəndlərinə zərbələr endirib. Atışma nəticəsində yaşayış binaları, xidməti qarajlar və digər tikililər dağılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15