Cümə, 26 Aprel

Yaponiya yeni nəsil freqatını dənizə buraxıb

image

Naqasakidəki “Mitsubishi Heavy Industries” gəmiqayırma zavodunda Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri üçün tikilən “30FFM” layihəli yeni nəsil “Yahagi” freqatının suya buraxılması mərasimi keçirilib.

Qeyd edilir ki, freqat İkinci Dünya Müharibəsi zamanı eyniadlı yüngül kreyserin adını daşıyır. 30FFM freqatları Asahi sinifli esminesləri (8 ədəd nəzərdə tutulub) əvəz edəcək və mina əməliyyatlarını həyata keçirə biləcək.

Friqatın ağırlığı 3900 ton, uzunluğu 130 m, eni 16 m, elektrik stansiyası birləşdirilmiş qaz turbin / dizeldir. Gəmi 127 mm-lik Mk 45 artilleriya qurğusu ilə silahlanmış və SeaRAM özünümüdafiə sistemi ilə təchiz edilib.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33