Bazar, 03 İyul

Ukrayna: Rusiya ilə sülh indi mümkünsüzdür!

image

Rusiya ilə sülh müqaviləsi o zaman mümkündür ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunsun və Rusiya qaçılmaz məğlubiyyətə uğrasın.

Xəbər verilir ki, bunu Ukrayna Prezident Ofisi müşaviri Mixail Podolyak deyib.

“İndiki şəraitdə sülh müqaviləsi qeyri-mümkündür. Bu gün müharibənin dayandırılması o deməkdir ki, biz xalqımızı Ukraynaya qaytarmaqdan imtina edirik. Heç kim Xarkov, Zaporojye, Dnepr, Krivoy Roqa getməyəcək. Çünki Ukrayna vətəndaşı anlayır ki, savaş hər an yenidən başlaya bilər”, - o söyləyib.

M.Podolyak əlavə edib ki, Ukrayna danışıqlara yalnız gücləndirilmiş mövqedən girəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İyulda 12 gün iş olmayacaq

  • 01.07.2022 - 10:22