Çərşənbə, 15 May

Keçmiş prezident internetdə iş axtarır - Arvadının xərclərini ödəmək üçün

image

Polşanın keçmiş prezidenti ve Nobel Sülh Mükafatı laureatı Lex Valesa internettə iş elanı verib.

Xəbər verilir ki, sadə yaşam tərzi ilə seçilən Valesa hər ay 6 min zloti təqaüd aldığını, lakin həyat yoldaşının aylıq xərcinin 7 min zloti təşkil etdiyini qeyd edərək internetdə iş axtarışına çıxıb.

İnternet saytında iş elanı verən Valesa elanda özündən, “Təcrübəli lider, möhtəşəm spiker, Nobel Sülh Mükafatı laureatı, 1990-1995 illər aralığında Polşa prezidenti” kimi bəhs edib.

Valesa elanda 20 min zloti (5 min dollar) maaş istədiyini də bildirib.

Valesa, həmçinin fərqli ölkələrin prezidentləri, krallar və Papa ilə görüşdüyünü qeyd edərək öz təcrübələrini başqaları ilə paylaşa biləcəyini vurğulayıb.

Qeyd edək ki, Lex Valesa daha əvvəl yerli mediaya verdiyi müsahibəsində maddi durumunun yaxşı olmadığını açıqlamışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00