Çərşənbə, 01 May

Solovyovdan yeni və anormal işğal təklifi - VİDEO

image

Rusiyanın qalmaqallı teleaparıcısı Vladimir Solovyov verilişində anormal bir təklif irəli sürüb. O, sanksiyalara görə Rusiyada çatışmayan ehtiyyat hissələri istehsal edən ölkələri də ələ keçirməyi təklif edib.

- Bizə ehtiyat hissələri lazımdır. Ona görə də ərazilərimizi zavodların olduğu yerlərə qədər genişləndirməliyik. Komoya (İtaliyadakı Komo gölü. Solovyovun əlindən alınan villasının yerləşdiyi ərazi -red.) hələ də yazığım gəlir. Gəlin, genişləndirək, - Solovyov hökumətə çağırış edərək ucadan gülüb.

Dəvət olunan qonaqlardan biri isə Bulqakovu xatırladıb: “Gələcəklər və hər şeyi özləri verəcəklər”.

Qeyd edək ki, Solovyovun Komoda ümumi dəyəri 8 milyon avro olan üç mülkü var.

Xatırladaq ki, mart ayında Avropa İttifaqı Ukraynadakı hadisələrlə əlaqədar bir sıra Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi. Onların arasında Solovyov da var idi. Onun adının siyahıya salınmasından sonra villasına da həbs qərarı çıxarılıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42