Şənbə, 18 May

Xarkova raket zərbələri endirildi - ÖLƏNLƏR VAR

image

Gecə saatlarında rus qoşunları Xarkovdakı ticarət mərkəzinə raket zərbəsi endirib.

Xəbər verilir ki, Xarkov vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gecə saat 23 radələrində rusların atəşə tutması nəticəsində şəhərin Novobavarski rayonunda kafe, ərzaq mağazası və məktəb kitabxanasının binalarında yanğın baş verib.

Yanğının ümumi sahəsi 500 kvadratmetrə yaxın olub.

“İlkin məlumatlara görə, 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Yekun məlumat dəqiqləşdirilir”, - məlumatda bildirilir.

İyunun 8-dən 9-a kimi cəmi bir gündə Xarkovun Novobavarski rayonunda, eləcə də regionun bir sıra rayonlarında rusların atəşə tutulması nəticəsində yanğınlar baş verib. Nəticədə yaşayış binalarına, yardımçı tikililərə, sex, anbarlara, qarajlara və avtomobillərə, eləcədə kafe binalarına, mağazaya, məktəb kitabxanasına, həmçinin meşələrə ziyan dəyib.

Ehtimal olunur ki, Belqoroddan atılan “İsgəndər” raket, ehtimal ki, ticarət mərkəzinə düşüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41