Cümə axşamı, 16 May

TƏBİB-dən pandemiya ilə bağlı açıqlama

image

“Uzun müddətdir ki, Azərbaycanda COVID-19 nəzarət altındadır, hospitalizasiya sayında da ciddi azalmalar var”.

Bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda səhiyyə sistemi üzərində heç bir təzyiq yoxdur: “Vaksinasiya, 3-cü (buster) dozaların vurulması hələ də davam edir. Amma əhali arasında 3-cü doza vaksin olunmayan kateqoriya da var. Bunun səbəbləri fərqlidir. Vaksinin 2-ci dozasından altı ay keçməyən, eyni zamanda, xəstəlik keçirənlər var. Ona görə de proses hələ davam etməlidir”.

Yaqut Qarayeva deyib ki, kütləvi immunitetin formalaşdırılmasında böyük bir məsafə qət etmişik.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58