Cümə, 26 Aprel

Şarl Mişel Rusiyanı qorxaq adlandırdı, ölkə təmsilçisi iclası tərk etdi

image

Şarl Mişel BMT TŞ-nin iclası zamanı Rusiyanı dünyadakı ərzaq böhranına görə günahlandırıb və bu böhranın təşkilində digər ölkələrə qarşı ittihamları qorxaqlıq adlandırıb.

Mişel çıxışı zamanı bəyan edib ki, Rusiya hakimiyyəti inkişaf etməkdə olan ölkələrə qarşı ərzaq tədarükündən “gizli raket” kimi istifadə edir ki, bu da ərzaq qiymətlərinin artmasına, yoxsulluğun artmasına və regionlarda sabitliyin pozulmasına gətirib çıxarır.

“Rusiya bu ərzaq böhranına görə tam məsuliyyət daşıyır. Kremlin yalan və dezinformasiya kampaniyasına baxmayaraq, Rusiya təkdir”, - Avropa Şurasının rəhbəri xəbərdarlıq edib.

Mişel daha əvvəl Odessada Rusiya gəmiləri ucbatından Qara dənizdə ilişib qalmış milyonlarla ton taxıl və buğda dolu konteyner və gəmi olduğunu şəxsən gördüyünü söyləyib. Onun sözlərinə görə, rus tankları, minaları və bombaları əkin sahələrinə və məhsul yığımına mane olur.

Qeyd edək ki, Avropa Şurası sədrinin çıxışına etiraz olaraq, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya zalı tərk edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33