Cümə, 17 May

Bakı Zooloji Parkında 1 iyun şənliyi

image

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil ediləcək.

Xəbər verilir ki, şənlik 1 iyun saat 11:00-da başlayacaq.

Bu səbəbdən, qeyd olunan gündə zooparkın müxtəlif məntəqələrində quraşdırılacaq pavilyonlarda ziyarətçilər ödənişsiz şəkildə oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. 

Bununla yanaşı, balacalar üçün açıq havada gimnastika, yoqa, üz boyama, köpük şou, ponilərlə gəzinti, cizgi film personajlarının iştirakı ilə müxtəlif viktorina və maraqlı oyunlar, xalça sənəti, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, eko-çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif şənliklər və ustad dərsləri də təşkil olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41