Çərşənbə axşamı, 07 May

Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI

image

Rusiya ötən sutka ərzində Ukraynanın iki Su-25 təyyarəsini vurub.

Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri Xerson vilayətində Ukraynaya məxsus bir Su-25 hücum təyyarəsini, 14 pilotsuz uçuş aparatını və səkkiz “Smerç” yaylım atəşi sisteminin mərmisini vurub.

Konaşenkov Donetskin Belitskoye yaşayış məntəqəsi ərazisi yaxınlığında hava döyüşü zamanı Rusiya qırıcı təyyarələrinin Ukraynaya məxsus daha bir Su-25-i vurduğunu söyləyib.

“Yüksək dəqiqlikli, uzun mənzilli, dəniz bazalı “Kalibr” raketləri ilə Jitomir vilayətindəki Malin dəmir yolu stansiyasının ərazisində Ukrayna Silahlı Qüvvələri üçün ABŞ və Avropa ölkələrindən gətirilən silah və hərbi texnikanın böyük partiyası məhv edilib. Bundan əlavə, yüksək dəqiqlikli havadan buraxılan raketlər Odessa Liman Zavodunda yanacaq anbarlarını məhv edib”, - Rusiya MN sözçüsü qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58