Cümə axşamı, 16 May

“Time” Zelenskini “ilin ən nüfuzlu insanı” seçdi

image

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “Time” jurnalının versiyasına görə ilin ən nüfuzlu adamı seçilib.

İkinci yerdə “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask, üçüncü yerdə isə Böyük Britaniyanın Baş naziri Boris Conson qərarlaşıb.  

V.Zelenskiyə 3,3 milyon insan səs verib. Bu, bütün səslərin beş faizini təşkil edib.

“Zelenski, 2019-cu ildə Ukrayna prezidenti seçilənə qədər siyasi təcrübəsi olmayan komik idi. Fevralda Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hücumu başlanandan sonra dünya arenasına çıxdı və liderləri Ukraynaya dəstək üçün topladı”, - deyə nəşr qeyd edib.

Qeyd edək ki, “Time” jurnalı hər il ilin ən nüfuzlu 100 insanını seçməklə bağlı səsvermə keçirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58