Çərşənbə axşamı, 07 May

“Azovstal”dan çıxarılan 900-dən çox əsgər həbsxanaya salındı

image

Rusiya uzun sürən mühasirədən sonra liman şəhəri Mariupoldakı "Azovstal" polad zavodundan təxliyə edilən 900-dən çox ukraynalı əsgərin Donetsk vilayətindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqlayıb. 

Xəbər verilir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya tərəfi əsirlərin nəzarətdə olduğunu bildirib. Ukrayna isə təxliyə edilən əsgərlərinin vəziyyəti ilə bağlı hələlik açıqlama verməyib.

Rusiya Müdafiə Nazirliyi "Azovstal"dan çıxarılan əsgərlərin fotoşəkillərini yayıb.

Qeyd edək ki, yüzlərlə əsgərin yerləşdiyi "Azovstal" polad zavodunda qida və suyun tükəndiyi bildirilib. Bundan sonra oradakı hərbçilərin təxliyəsinə start verilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58