Cümə, 26 Aprel

“NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq” - Almaniyanın XİN rəhbəri

image

Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq.

Xəbər verilir ki, o, bu barədə Berlində Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərlə söhbətində bildirib.

“NATO müdafiə ittifaqıdır və həmişə belə qalacaq. 24 fevraldan sonra (Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra - Red) dünya dəyişib və o vaxtdan bəri NATO başqa məna kəsb edir. Biz NATO tərəfdaşları olaraq açıq şəkildə bildiririk ki, qapılarımız təhlükəsizlik sahəsində dəstəyə ehtiyacı olanlara açıqdır”, - XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlsələr, onların qəbulu prosesi çox sürətli olmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33