Cümə, 26 Aprel

Tural Abbaslı: “Mirhəsən Seyidov balıq satmaqla məşğuldur, ona görə...”

image

Ağ Partiyanın sədri Tural Abbaslı qatıldığı canlı yayım proqramında Neftçalanın icra baçısı Mirhəsən Seyidovu şəhid ailələrinə biganə yanaşmaqda ittiham edib. Şəhid ailəsi tərəfindən ona ünvanlanan səs yazısını təqdim edən Tural Abbaslı, Mirhəsən Seyidovu sərt şəkildə tənqid edib.

Onun sözlərinə görə, Mirhəsən Seyidov Neftçalada şəhid ailələrinin problemləri ilə maraqlanmır. Halbuki, icra başçısı olaraq onun ilk işi şəhid ailələrinin problemlərinin həll edilməsi olmalı idi. Əgər bir icra başçısı öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə, deməli heç bir işlə məşğul olmur, deyə partiya sədri bildirib.

Tural Abbaslı həmçinin prezidetin şəhid ailələrinin evlərini ziyarət etdiyini xatırladaraq, Mirhəsən Seyidovun şəhid analarını qəbul etmədiyini, onları qapıda gözlətməsini müqayisə edib. Şikayətin özünə gələnədək 50 dəfə icra başçısına ünvanlandığına, lakin müraciətlərin cavabsız qaldığına diqqət çəkən Tural Abbaslı “belə adamlarla heç hara getmək olmaz” deyərək mövqeyini ifadə edib.

Partiya sədri Mishəsən Seyidovun balıq alveri ilə məşğul olduğunu qeyd edərək, onun şəhid ailələrinin şikayətləri ilə məşğul olmağa vaxt tapmadığını da qeyd edib.

Sözügedən videonu təqdim edirik:
 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33