Cümə, 26 Aprel

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri yenidən görüşüblər

image

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - rəsmi Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan mayın 3-də Vyanada növbəti dəfə bir araya gəliblər.

Xəbər verilir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, xüsusi nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün daha əvvəl elan edilmiş məqsədi yenidən təsdiqləyiblər. Tərəflər arasında bu kontekstdə səmimi və konstruktiv fikir mübadiləsi aparılıb. Eyni zamanda, nəzərəçarpan irəliləyiş üçün atıla biləcək addımlar nəzərdən keçirilib.

Xüsusi nümayəndələr prosesi heç bir şərt olmadan davam etdirməyə razı olduqlarını bir daha vurğulayıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33