Çərşənbə axşamı, 30 Aprel

Ölümcül xəstəliklərin artması barədə - XƏBƏRDARLIQ

image

Koronavirus pandemiyası ilə əlaqədar zəifləmiş sanitar tədbirlər, adi peyvəndlərin kəsilməsi, Ukrayna və Əfqanıstandakı münaqişələr səbəbindən milyonlarla insanın məcburi köçkün olması bütün dünyada əsas yoluxucu xəstəliklərin yayılma riskini artırıb.

Xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.

ÜST və UNICEF bu ilin yanvar və fevral aylarında dünyada qızılca xəstəliyinə yoluxma hallarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 79% artması ilə bağlı narahatlığını bildirib. 2022-ci ilin ilk iki ayında bütün dünyada 17 338 qızılca hadisəsi qeydə alınıb ki, bu da ötən ilin yanvar-fevral aylarında 9 665 nəfərlə müqayisədə xeyli çoxdur.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, koronavirus pandemiyası immunlaşdırma xidmətlərinin pozulmasına və qızılca da daxil olmaqla ölümcül xəstəliklərin artmasına səbəb olub. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42