Bazar ertəsi, 06 May

Şiddətli partlayış səsləri, silah zavodlarında yanğın… – Rusiyada nə baş verir

image

Ukrayna sərhədindən 120 kilometr məsafədə yerləşən Kursk şəhərində partlayış səsləri eşidilib.

Bu barədə Ukrayna mənbələri məlumat yayıb. İddialara görə, partlayış səsləri bir neçə kilometr məsafədən eşidilib. Belqorod vilayətində isə silah-sursat anbarında yanğın baş verdiyi barədə məlumatlar yayılıb. Vilayətinin qubernatoru məlumatı təsdiq edib. Ukrayna ordusu da Kurskda partlayış, Belqorodda isə yanğın olduğu barədə məlumatları təsdiq edib. Hadisənin səbəbləri məlum deyil.

Qeyd edək ki, iki gün əvvəl Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın baş vermişdi. Bir neçə gün əvvəl Rusiya tərəfi Ukraynanın ordusunun Bryansk şəhərini bombaladığına dair məlumat yaymışdı. Aprelin 21-də isə Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş vermişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58