Cümə, 03 May

Rusiya S-500-lərin kütləvi istehsalına başladı

image

Ən müasir S-500 (“Prometey”) hava hücumundan müdafiə sistemi seriyalı istehsala buraxılıb.

Xəbər verilir ki, bunu “Almaz-Antey” hava-kosmik müdafiəsi kompleksinin rəsmisi Yan Novikov deyib.

“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 sisteminin kütləvi istehsalı başlayıb. Bu sistemin döyüş imkanları əvvəllər yaradılmış hava hücumundan müdafiə kompleksləri və sistemlərinin imkanlarını xeyli üstələyir. S-500 Rusiya hava-kosmik müdafiə sisteminin əsasına çevrilməyə qadirdir”, - Novikov bildirib.

Qeyd edək ki, S-500 yeni nəsil “yer-hava” hava hücumundan müdafiə sistemlərinə aiddir. Sistemin hədəfi məhv etmək radiusu 600 kilometr təşkil edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15