Çərşənbə axşamı, 07 May

Rusiya bir gecədə Ukraynada 423 hədəfi vurduğunu açıqladı

image

“Rusiyanın raket və artilleriya qoşunları ötən gecə Ukraynada xüsusi hərbi əməliyyat zamanı 423 hədəfi vurub”.

Xəbər verilir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

“26 komanda məntəqəsi, 367 istehkam və canlı qüvvə və hərbi texnikanın toplandığı ərazilər, o cümlədən artilleriya batareyalarının 25 mövqeyi vurulub. Qusarovka və Velika Kamışevaxa (Xarkov vilayəti, Barvenkovski rayonu) yaşayış məntəqələri ərazilərində dörd raket-artilleriya silahı və sursat anbarı məhv edilib”, məlumatda bildirilib.

“Barvinok, Vasilyevka, Krasnoqorovka, Kremennaya, Pervomaysk, Poltavka, Tomarino, Fedorovka, Yasinovatoe yaşayış məntəqələrində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 10 pilotsuz uçuş aparatını məhv edib”, - Konaşenkov əlavə edib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələri dörd dayaq məntəqəsi və canlı qüvvənin konsentrasiyası daxil olmaqla, yüksək dəqiqlikli raketlərlə doqquz Ukrayna hədəfini vurub.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 141 təyyarə, 110 helikopter, 551 pilotsuz uçuş aparatı, 264 zenit-raket kompleksi, 2496 tank və digər zirehli döyüş texnikası, 282 reaktiv yaylım atəşi sistemi, 1093 ədəd səhra artilleriya silahı və minaatan, o cümlədən 2343 ədəd xüsusi təyinatlı hərbi maşın”, - deyə o bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58