Çərşənbə axşamı, 30 Aprel

Alina Kabayeva aylar sonra görüntüləndi - Fotolar

image

Məşhur rusiyalı gimnast Alina Kabayeva aylar sonra ictimaiyyət arasında görüntülənib.

Xəbər verilir ki, 38 yaşlı Kabayeva nadir hallarda ictimaiyyət qarşısına çıxır və onun hər belə çıxışı çox sayda suallar doğurmaqla yanaşı geniş müzakirə olunur. Belə ki, o, sonuncu dəfə ötən ilin dekabr ayında “Nebesnaya qratsia” adlı turnirinin açılışı zamanı kameralar qarşısına keçmişdi.

Gimnast bu dəfə öz festivalının “VTB-Arena”da keçirilən ilk məşqinə baş çəkib. Kabayeva burada məşqçilər və iştirakçılarla bir neçə foto çəkdirib və bu fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş müzakirələrə səbəb olub.

Bir çoxu Kabayevanın geyim tərzini müzakirə etdiyi halda, bəziləri onun adsız barmağında üzük olmasına diqqət yetirib. Qeyd etmək lazımdır ki, gimnastın barmağında belə bir üzüyün olması ilk dəfə deyil ki, nəzərə çarpır. Lakin gimnastın hazırda evli olub-olmaması məlum deyil.

Xatırladaq ki, 2015-ci ilin martında xarici media yazırdı ki, gimnast İsveçrədə klinikaların birində ana olub. A. Kabayeva bu məlumatı nə təsdiq, nə də təkzib edib.

 




 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42